SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl"Bolt" məsuliyyəti üstündən ATDI: "Texniki səbəblərlə bağlı..." - VİDEO
11 Aprel 2025 10:00 | Baxış sayı: 301
10 aprel tarixində baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırılması nəticəsində müəyyən olunub ki, qəzanı törədən avtomobilin buraxılış kartı 8 aprel tarixində ləğv olunub.
Bu barədə AJMEDİA.İNFO-ya "Bolt"dan məlumat verilib.
"Sürücü əvvəlcədən bu barədə məlumatlandırılmışdı, lakin texniki səbəblərlə əlaqədar sistemdə bloklanma prosesi müəyyən vaxt tələb edir.Bolt şirkəti məsələ ilə bağlı zəruri tədbirlər görəcək və bütün sürücülərə bir daha qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etmələri ilə bağlı çağırış edir", - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, bu gün Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində ağır yol qəzası baş verib. Yüksək sürətlə hərəkət edən taksi xidmətində istifadə olunan avtomobil film səhnələrindəki kimi bir yoldan digər yola "uçaraq" keçib. Qəzadan sonra avtomobil yolunda sıxlıq yaranıb. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, qısa müddət ərzində hadisə yerinə gələn polis əməkdaşlarının gördüyü çevik tədbirlər nəticəsində digər sürücülərin təhlükəsizliyi təmin edilib, qəzada iştirak edən nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri görülərək, yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.