İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlBMT Təhlükəsizlik Şurasında islahatlar aparılacaq
03 İyul 2023 21:22 | Baxış sayı: 457
Böyük Britaniyanın sədrliyi ilə BMT Təhlükəsizlik Şurasında islahatlar aparılacaq.
Bu barədə Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord təşkilatın Nyu-Yorkdakı baş qərargahında iyul ayı ərzində TŞ-ın gündəmi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Səfir bildirib ki, ay ərzində Böyük Britaniyanın sədrliyi ilə BMT TŞ-da islahatların aparılması ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub: "Ay ərzində TŞ-da islahatların aparılması ilə bağlı fəaliyyətlərimiz olacaq. Belə ki, Şuraya rəhbərlik edən ölkələrlə bağlı coğrafi təmsilçilərdə bəzi çatışmazlıqların olduğunü düşünürük. Xüsusi ilə Afrika ölkələrinin Şurada təmsil olunmaları ilə bağlı çatışmazlıqlar mövcuddur. Bunun aradan qaldırılması istiqamətində çalışacağıq və bir çox müzakirələrimiz və təkliflərimiz olacaq".
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Böyük Britaniyaya keçib.