SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlBMT Təhlükəsizlik Şurası Sudanda münaqişə tərəflərinə çağırış edib
16 Aprel 2023 17:00 | Baxış sayı: 520
Sudanda münaqişənin bütün tərəfləri dərhal atəşi dayandırmalı və dialoqa qayıtmalıdır.
Bu barədə BMT Təhlükəsizlik Şurasının bəyanatında deyilir.
“Təhlükəsizlik Şurasının üzvləri tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa, sakitliyi bərpa etməyə və Sudandakı mövcud böhranın həlli üçün dialoqa qayıtmağa çağırıb”, - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalarda ölənlərin sayı 56-ya çatıb.