SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlBMT-nin baş katibi Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizi ilə bağlı qərarının məcburi icrasını xatırladıb
26 Fevral 2023 13:49 | Baxış sayı: 599
BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) fevralın 22-də Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında proseslərə dair çıxardığı qərarları diqqətə çatdırıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrikin bəyanatda deyildiyini bildirib.
“Baş katib Ermənistan və Azərbaycan hökumətlərinin fikir ayrılıqlarını həll etməyi xahiş etməklə Beynəlxalq Ədalət Məhkəməsində göstərdiyi etimadı alqışlayır.
O, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının məcburi olduğunu xatırladır və ümid edir ki, tərəflər onun qərarlarına, o cümlədən insanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə maneəsiz hərəkətini təmin etmək tədbirləri ilə bağlı qərara əməl edəcəklər.
Baş katib Ermənistan və Azərbaycanın ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəyinə ümid edir və konstruktiv dialoqa çağırır”, - deyə BMT sözçüsü bildirib.