07 İyun 2025
BMT maliyyə çatışmazlığı səbəbindən Suriyaya yardımı kəsir

BMT maliyyə çatışmazlığı səbəbindən Suriyaya yardımı kəsir

BMT maliyyə çatışmazlığı səbəbindən Suriyaya yardımı kəsir

13 İyun 2023 21:30 | Baxış sayı: 541

BMT-nin Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Suriyaya ayrılan yardımın həcmini demək olar ki, iki dəfə azaldacaq.

Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.

Yardım ümumilikdə 5,5 milyon nəfər üçün nəzərdə tutulmuşdu. Hazırda isə bu rəqəm 2,5 milyona enəcək.

Sənəddə qeyd edilir ki, qərar ərzaq yardımı olmadan bir həftə belə yaşaya bilməyən üç milyon suriyalının xeyrinə verilib.

Təşkilat bildirir ki, yardım eyni həcmdə davam etsəydi, bütün resurslar bu ilin oktyabrına qədər tamamilə tükənə bilərdi.