BMT İsrail və Livana ÇAĞIRIŞ ETDİ
20 Sentyabr 2024 23:43 | Baxış sayı: 643
Birləşmiş Millətlər Təşkilatı İsrail və Livanı münaqişəni dərhal dayandırmağa çağırıb.
AJMEDİA.İNFO “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu brifinq zamanı BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.
“Mavi xətt”də artan eskalasiyadan çox narahatıq. Biz bütün tərəfləri dərhal gərginliyi azaltmağa çağırırıq”, - o qeyd edib.