20 Aprel 2025
BMT Əlcəzairin İsraillə bağlı iddiası əsasında TOPLANIR

BMT Əlcəzairin İsraillə bağlı iddiası əsasında TOPLANIR

BMT Əlcəzairin İsraillə bağlı iddiası əsasında TOPLANIR

28 May 2024 10:59 | Baxış sayı: 491

Bu gün BMT Təhlükəsizlik Şurası İsraillə bağlı fövqəladə iclas keçirəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə TASS-a Təhlükəsizlik Şurasından məlumat verilib.

Fövqəladə iclas Əlcəzairin iddiası əsasında baş tutacaq. Məlumata görə, rəsmi Əlcəzair iddia edir ki, guya, İsrail hərbçiləri Tel əs-Sultan bölgəsindəki çadır düşərgəsinə raket zərbələri endirərək 40 nəfər dinc sakinin ölümünə səbəb olublar.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti, Baş Qərargahın faktaraşdırıcı qrupu açıqlama verərək Rəfah bölgəsində mülki şəxslərin həlak olması iddiası ilə bağlı araşdırmaya başladıqlarını bildiriblər.(Sfera.az)