SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl“Bloomberg”: ABŞ Tayvana sürətləndirilmiş prosedur üzrə 500 milyon dollarlıq silah göndərəcək
06 May 2023 03:27 | Baxış sayı: 559
ABŞ Ukraynaya hərbi yardım göstərmək üçün istifadə edilən sürətləndirilmiş prosedur çərçivəsində Tayvana 500 milyon dollar dəyərində silah ötürməyə hazırlaşır.
Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ Prezidenti Cozef Baydenin göstərişi ilə ABŞ-nin mövcud ehtiyatlarından 500 milyon dollar dəyərində “silah və ya dəstək ləvazimatları” ayrılacağı gözlənilir. “Bloomberg” qeyd edib ki, bu paketə hansı avadanlıqların daxil olacağı hələ məlum deyil.
Agentliyin izah etdiyi kimi, 2022-ci ilin dekabrında qəbul edilmiş ABŞ-nin 2023-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsində (oktyabrın 1-dən başlayaraq) prezidentin öz mülahizəsinə əsasən Tayvana 1 milyard dollara qədər hərbi yardım göstərə biləcəyi barədə bənd var. Bu prosedur Vaşinqtona silahların istehsalı üçün müqavilə bağlamaq əvəzinə mövcud ehtiyatlardan müttəfiqlərə silah ötürmək rejimini sürətləndirməyə imkan verir.
“Bloomberg” bu prosedurun əvvəllər silahların Tayvana ötürülməsi üçün istifadə edilmədiyini vurğulayır. Eyni zamanda, ABŞ administrasiyası bundan “Ukraynaya silah tədarükünü sürətləndirmək üçün istifadə edir”.