SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBlinkenin Si Cinpin ilə görüşü iki ölkənin münasibətlərində irəliləyişə səbəb oldu - Ağ Ev
20 İyun 2023 05:09 | Baxış sayı: 627
ABŞ dövlət katibi Entoni Blinkenin Çin sədri Si Cinpin ilə görüşü irəliləyişə səbəb oldu və iki ölkə arasında münasibətlər düzgün istiqamətdə irəliləyir.
Bunu brifinq zamanı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.
Onun sözlərinə görə, görüş konstruktiv keçib, ABŞ-ın və Amerika xalqının maraqları baxımından əhəmiyyətli olub.
Ağ Ev hesab edir ki, Entoni Blinkenin Si Cinpin ilə görüşü ABŞ Prezidentinin iqtisadi planını irəli sürmək və münaqişədən daha çox rəqabət axtarmaq üçün möhkəm zəmin yaradıb. Mətbuat katibi bu görüşün irəliyə doğru atılmış müsbət addım olduğunu və iki ölkə arasında münasibətlərin yaxşılaşmasına töhfə verdiyini qeyd edib.