SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBlinkenin övladları “Zelenski və Ukrayna bayrağı” kostyumunda - VİDEO
31 Oktyabr 2023 13:00 | Baxış sayı: 536
ABŞ dövlət katibi Entoni Blinkenin övladları Ağ Evdə qeyd olunan “Halloween” şənliyinə Ukraynaya dəstək nümayiş etdirən geyimlərdə gedib.
AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, Blinkenin 4 yaşlı oğlu şənliyə Ukrayna Prezidenti Volodimir Zelenskinin geyim tərzini xatırladan, 3 yaşlı qızı isə Ukrayna bayraqlarının rəngini əks etdirən kostyum geyinib.
Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko da sözügedən görüntüləri öz “X” hesabında paylaşaraq Blinkenin övladlarının şənliyə “Zelenski və Ukrayna bayrağı” kostyumunda getdiyini bildirib.