20 Aprel 2025
Blinken Paşinyanla regionda kommunikasiya xətlərinin açılmasını müzakirə edib

Blinken Paşinyanla regionda kommunikasiya xətlərinin açılmasını müzakirə edib

Blinken Paşinyanla regionda kommunikasiya xətlərinin açılmasını müzakirə edib

20 Mart 2023 14:36 | Baxış sayı: 1352

ABŞ-nin dövlət katibi Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Ermənistanın Baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması perspektivləri və bölgədə kommunikasiya əlaqələrinin açılması ilə bağlı fikir mübadiləsi aparıblar.