SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlBlinken İsrail vasitəsilə Lavrova mesaj göndərdi
04 Yanvar 2023 08:27 | Baxış sayı: 552
ABŞ dövlət katibi Entoni Blinken İsrailin yeni xarici işlər naziri Eli Koendən Rusiyaya mesaj çatdırmasını istəyib.
"The Times of İsrael"-in verdiyi xəbərə görə, Koen rusiyalı vəzifədaşı Sergey Lavrovla danışıb və ona mesajlar çatdırıb.
Mənbə Amerika mesajlarının nədən ibarət olduğunu açıqlamayıb. Dövlət Departamenti də sorğuya cavab verməyib.
İsrailin xarici işlər naziri Lavrovla danışacağını deyib. O, ukraynalı vəzifədaşı Dmitri Kuleba ilə planlaşdırılan söhbəti açıqlamayıb.
Yenisabah.az