SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl“Bizi öldürəcəyini dedi...” - Bakıda gecə klubunda İNSİDENT
25 İyul 2023 08:27 | Baxış sayı: 618
Bakıda gecə klublarının birində insident baş verib.
AJMEDİA.İNFO xəbər verir ki, Abşeron rayon sakini, 31 yaşlı G.Əhmədova gecə saat 4 radələrində polisə zəng edərək tanışının onu və daha bir neçə nəfəri ölümlə hədələdiyini bildirib.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən klubdan zəng edən şəxsin sözlərinə görə, orada olan Sadiq adlı şəxs bıçaq götürərək onu və klubda olan digər şəxsləri öldürəcəyini deyib.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. 1987-ci il təvəllüdlü Sadiq Süleymanov saxlanılıb.Faktla bağlı Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsində araşdırma aparılır.(qafqazinfo)