20 Aprel 2025
"Bizə gəl istədiyin məbləği verək" - "Fənərbağça"nın ulduzuna AÇIQ ÇEK

"Bizə gəl istədiyin məbləği verək" - "Fənərbağça"nın ulduzuna AÇIQ ÇEK

"Bizə gəl istədiyin məbləği verək" - "Fənərbağça"nın ulduzuna AÇIQ ÇEK

29 Oktyabr 2024 13:37 | Baxış sayı: 234

Mövsümün sonunda müqaviləsi bitəcək "Fənərbağça"nın ulduz futbolçusu İrfan Can Kahveci ilə bağlı yeni transfer iddiası ortaya atılıb.


AJMEDİA.İNFO xəbər verir ki, "Trabzonspor", komandası ilə hələ yeni müqavilə imzalamayan Kahveciyə boş çek göndərib. Türkiyə mediasının məlumatına görə, təklifdə, "Bizə gəl, istədiyin məbləği imzala" deyə qeyd edilib. Qeyd edək ki, "Fənərbağça"da müqaviləsi başa çatacaq İrfan Can Kahvecinin masaya oturaraq dərhal yeni müqaviləyə imza atacağı gözlənilirdi. Lakin işlər gözlənildiyi kimi getməyib.


"Fənərbağça" rəhbərliyi futbolçunun məvacib artımı tələb etməsindən sonra masanı tərk edib. "Qalatasaray" və "Beşiktaş"ın da təcrübəli futbolçu ilə maraqlandığı deyilir.