20 Aprel 2025
Biz həyat uğrunda mübarizə aparırıq, döyüşmək istəsəydik, artıq Rusiyadaydıq

Biz həyat uğrunda mübarizə aparırıq, döyüşmək istəsəydik, artıq Rusiyadaydıq

Biz həyat uğrunda mübarizə aparırıq, döyüşmək istəsəydik, artıq Rusiyadaydıq

07 İyul 2023 05:49 | Baxış sayı: 562

“Ukrayna sağ qalmaq və həyatını bərpa etmək üçün kömək istəyir. Sadəcə döyüşmək istəsəydik, artıq Rusiyada olardıq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Bolqarıstanda mətbuat konfransında deyib.

"Tərəfdaşlarımızla bəzi rəqəmlər haqqında danışırıq və Bolqarıstan da istisna edilmir. Yardıma görə minnətdarıq. Bu, böyük köməkdir. Müharibənin nə olduğunu anlayırsınızmı?", - Zelenski deyib.

Prezidentin sözlərinə görə, Ukrayna ona görə döyüşür ki, sadəcə öz həyatını bərpa etmək istəyir, sağ qalmaq istəyir, ona görə də tərəfdaşlarından kömək istəyir.

Volodimir Zelenski iyulun 6-da Bolqarıstanın paytaxtı Sofiyaya rəsmi səfərə gedib. Dövlət başçısı Bolqarıstanın Baş naziri Nikolay Denkov ilə danışıqlar aparıb, Prezident Rumen Radev, rəsmi şəxslər, parlamentarilər, siyasətçilər və jurnalistlərlə görüşüb.