SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl“Biz gəlib canımızı qoymuşuq, bu gün konserti uzaqdan seyr edirik” – Video
28 Avqust 2023 06:53 | Baxış sayı: 717
Xəbər verdiyimiz kimi, avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında “Laçın Şəhəri Günü” bayram şənlikləri keçirilib.
Laçın şəhərindən olan Vətən müharibəsi qazisi Samurat İbrahimov da qazi yoldaşı ilə birgə bu şənliklərdə iştirak etmək istəyib və öz vəsaiti hesasbına Laçına gedib. Lakin onlara dəvətnamələri olmadığı üçün şənliklərə girməyə icazə verilməyib.
Bu barədə o, özünün sosial media hesabında video paylaşıb.
Qazi üzünü təşkilatçılara tutaraq, Laçından olan şəhid ailələri və qazilərin də bu tədbirə dəvət olunmalı olduqlarını bildirib:
“Biz gəlib canımızı qoymuşuq, bu gün uzaqdan seyr edirik”.
Yeniavaz.com