SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
3 saat əvvəl"Biz Cənubi Qafqazda sülh qurmalıyıq" - İlham Əliyev
13 Mart 2025 12:14 | Baxış sayı: 275
Xocalı soyqırımında 613 insan - 100-dən artıq qadın, o cümlədən 60 uşaq qətlə yetirilmişdir. Lakin biz gələcəyə baxmalıyıq.
AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.
“Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, - deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin (Ermənistana təqdim olunan – red.) müəllifidir. Bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.