20 Aprel 2025
Bişkekdə Qorki küçəsinə BƏƏ-nin ilk Prezidentinin adı verilə bilər

Bişkekdə Qorki küçəsinə BƏƏ-nin ilk Prezidentinin adı verilə bilər

Bişkekdə Qorki küçəsinə BƏƏ-nin ilk Prezidentinin adı verilə bilər

04 Aprel 2023 18:40 | Baxış sayı: 491

Qırğız Respublikasının paytaxtı Bişkekdə Maksim Qorki küçəsinin adı Şeyx Zaid bin-Sultan Əl-Nahayanın adına dəyişdirilə bilər.

Bu barədə şəhərin Baş arxitektorluğunun mətbuat katibi Rinat Şamsutdinov bildirib.

Onun sözlərinə görə, şəhər meriyasında bu məsələ müzakirə olunur.

Bildirilib ki, Bişkekdə prospekt, xiyaban, meydan, şəhər parklarının, bulvarlarının, küçə və döngələrin adlarının dəyişdirilməsi ilə bağlı moratorium qüvvədədir.

Xatırladaq ki, Şeyx əl-Nahayan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilk Prezidentidir. Bir müddət əvvəl Qırğız Respublikasında Issık-Kul gölündə buzlaqlardan birinə Şeyxin adı verilib.