SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlBir zamanlar qəhrəman idi, indi isə... - 7 yaşlı uşağı öldürən Mehman Xəlilov niyə sevilirdi? - VİDEO
02 May 2023 07:17 | Baxış sayı: 1046
Aprelin 29-da Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb.
AJMEDİA.İNFO xəbər verir ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb.
Qeyd edək ki, azyaşlının ölümünə səbəb olan Mehman Xəlilov II Avropa Oyunlarında bürünc medal qazanıb. 57 kq çəki dərəcəsində güləşən samboçu Mehman Xəlilov erməni rəqibi Maksim Manukyana 9:1 hesabı ilə qalib gəlib.
Mehman Xəlilovun erməni rəqibini döşəyə çıxmağa peşman etməsi həmin vaxt onu qəhrəmana çevirmişdi. Hər kəs onun qələbəsindən danışır və onun uğurunu təqdir edirdi. Lakin bu gün M.Xəlilovun azyaşlının ölümündə ittiham olunaraq saxlanılması onu anti-qəhrəmana çevirib.(BAKU.WS)