SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl"Binəqədinin polis rəisi Avtovağzalda sürücülərdən pul yığdırır" - Video + Açıqlama
03 İyun 2023 07:22 | Baxış sayı: 624
Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.
AJMEDİA.İNFO Yeniavaz.com-a istinadən xəbər verir ki, məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev həmin şəxsin daha əvvəl polis orqanlarında xidmət etdiyini bildirib:
“Xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib.
Sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib.
Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız, həqiqətə uyğun olmayan iddialar səsləndirir”.
Asim Kərimov sosial şəbəkələrdə yayılan videoda iddia edir ki, Binəqədi rayon polis idarəsinin rəisi İlqar Məmmədovun göstərişi ilə Bakı Beynəlxalq Avtovağzalının ərazisində sürücülərdən rüşvət toplanılır.
“2023-cü ilə qədər nöqsansız xidmət aparmışam. 2023-cü ildə Binəqədi rayon polis idarəsinin yeni təyin edilmiş rəisi İlqar Məmmədov mən məzuniyyətdə olan zaman, məni məzuniyyətdən geri çağırdı, bəzi vətəndaşlar vasitəsilə mənə şər-böhtan atıldı və məni xidmətdən xaric etdilər. Hal-hazırda Binəqədi rayon polis idarəsinin rəisi İlqar Məmmədovun göstərişi ilə İsmayılov Xəqani, Kələntərli Vurğun, Bərhud Əkrəm Avtovağzal ərazisində hər bir sprinterdən 35-40 AZN, vitalardan 15-20 AZN aralığında pul yığırlar”.
Qeyd edək ki, sosial şəbəkələrdə A.Kərimov Abşeron Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayevin qohumu kimi təqdim edilir.