20 Aprel 2025
Biləcəriyə şüşələri skoçlu avtobusla gedirlər: AYNA-dan AÇIQLAMA

Biləcəriyə şüşələri skoçlu avtobusla gedirlər: AYNA-dan AÇIQLAMA

Biləcəriyə şüşələri skoçlu avtobusla gedirlər: AYNA-dan AÇIQLAMA

04 Yanvar 2025 09:20 | Baxış sayı: 424

Biləcəri istiqamətində hərəkət edən 91 saylı müntəzəm marşrut xəttindəki avtobuslarından birinin görüntüləri müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə yayılan videoda içərisində sərnişinlərin olduğu avtobusun arxa şüşəsiz, skoçlanmış halda idarə olunduğu görünür.

Belə olan halda vətəndaşlar sərnişindaşımalarda keyfiyyətin artırılması məqsədilə gedişhaqqı qiymətlərinə edilən artımları da yenidən gündəmə gətiriblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, istifadəyə yararsız halda olan avtobus artıq xətdən kənarlaşdırılıb.//Qafqazinfo