Qiyməti 8 min dollardan aşağı olan 10 ən etibarlı istifadə edilmiş avtomobil – SİYAHI
5 saat əvvəlBeyləqanda ağır qəza - Ölən və yaralananlar var
11 Avqust 2024 08:48 | Baxış sayı: 473
Beyləqanda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Beyləqan-Daşburun yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik maşınlarının toqquşması nəticəsində ölən və xəsarət alanlar olub.
Avtoqəza zamanı Xankişiyev Qabil Dədəkişi oğlu həyatın itirib. Kərimov İmamqulu Əsəd oğlu, Quliyev Ağa Təvəkkül oğlu, Hüseynov Şəhriyar İman oğlu, Fərzəliyev Elvin Salman oğlu xəsarət alıblar.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.