SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlBəy toyunda qonağı öldürdü - ŞOK OLAY
24 Oktyabr 2024 20:15 | Baxış sayı: 354
Rusiyanın Omsk vilayətinin prokurorluğu öz toyunda qonağı öldürən 33 yaşlı bəyin cəzasını ciddi rejimli həbsxanada çəkməklə 9 il azadlıqdan məhrum edilməsini tələb edir.
AJMEDİA.İNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu il mayın 19-da baş verib. Təqsirləndirilən şəxs Omskdakı restoranlardan birində öz toyunu qeyd edib. Qonaqlardan biri həddindən artıq spirtli içki qəbul edib, özünü düzgün aparmayıb, digər qonaqları narahat edib və onlara kolbasa atıb.
Bəy qonağı evə göndərmək üçün zaldan çıxarıb. Lakin o, qonağı çıxararkən qarnına və kürəyinə iki dəfə zərbə endirib.
Daha sonra döyülən şəxs pisləşərək, xəstəxanaya aparılıb və orada ölüb.