SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl"Bəxtiyar Vahabzadəni şantaj etdim" - Flora Kərimova
07 Aprel 2025 15:32 | Baxış sayı: 462
Xalq artisti Flora Kərimova Xalq şairi Bəxtiyar Vahabzadə ilə küsülülüyündən danışıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu haqda müğənni "İzzət şou"da danışıb.
Bəstəkar Gövhər Həsənzadənin bununla bağlı sözlərinə F.Kərimova belə reaksiya verib:
"Məndən küsdü. Çünki bir az xəstə idim, oxumağa həvəsim yox idi. Bu isə elə mahnı idi ki... Bəxtiyar Vahabzadənin sözlərinə yazılmışdı. Mahnını oxumağım uzandı. Bəxtiyar Vahabzadə məndən küsdü. Yarım il onun qılığına girdim: Bəxtiyar müəllim başına dönüm. Axırda onu şantaj elədim ki, oxumayacağam. Eləcə, barışdıq". (Axşam.az)