Qiyməti 8 min dollardan aşağı olan 10 ən etibarlı istifadə edilmiş avtomobil – SİYAHI
5 saat əvvəlBerlin İsraili silahlandırmaqda davam edəcək
27 İyul 2024 19:34 | Baxış sayı: 425
“Middle East Monitor” xəbər verir ki, Almaniya kansleri Olaf Şolz Berlinin İsraili silahlandırmaqda davam edəcəyini və siyasətdə dəyişikliklə razılaşmadığını bildirib.
Scholz, hökumətinin İsraildən mal, xidmət və məhsulları boykot etmək çağırışlarını dəstəkləməyəcəyini vurğulayaraq, "Açığı, bu cür tələbləri iyrənc hesab edirəm",-deyə qeyd edib.
Aprel ayında Almaniya Birləşmiş Millətlər Təşkilatının ən yüksək məhkəməsində hərbi və siyasi müttəfiqi İsraillə əməkdaşlıqda Qəzza zolağında fələstinlilərə qarşı “soyqırımının törədilməsinə yardım etmək” iddiası ilə ittihamlarla üzləşib.
Beynəlxalq Ədalət Məhkəməsi Nikaraquanın Almaniyaya İsrailə silah satışını dayandırmaq üçün təcili əmr vermək tələbini rədd edib.