20 Aprel 2025
Benzinin qiyməti bu tarixdə arta bilər - AÇIQLAMA

Benzinin qiyməti bu tarixdə arta bilər - AÇIQLAMA

Benzinin qiyməti bu tarixdə arta bilər - AÇIQLAMA

26 İyun 2024 13:35 | Baxış sayı: 414

Azərbaycanda benzinin qiymətinin artması gözlənilmir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, yaxın aylarda seçki olacağı üçün bu il qiymət artımı olmayacaq:

"Bu il ərzində qiymət artımı gözlənilmir. Çünki yaxın aylarda seçkidir. Ümumiyyətlə benzinin qiymətinin artması üçün isə heç bir əsas yoxdur. Dünya bazarında neftin qiyməti bahalaşmayıb. Əksinə, bu ilin əvvəlinə nisbətən təxminən 10-15 faiz ucuzlaşıb. Ona görə də, bu il ərzində neft, benzin, kommunal xidmətlər, nəqliyyatın artması gözlənilmir. Amma bu o demək deyil ki, dalğa-dalğa bu qiymət artımlarını biz görməyək. Çox güman ki, gələn il bu baş verəcək".