SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlBelçika Ukraynaya 240 hərbi yük maşını verəcək
17 Mart 2023 15:57 | Baxış sayı: 565
Belçika Müdafiə Nazirliyi Ukraynaya 240 hərbi yük maşını verəcək.
“Volvo Cargo”, “Volvo Shelter”, “Volvo Fassi” və “Volvo Manumat” markalı avtomobillərin birinci partiyası artıq gələn həftə Ukraynaya çatdırılacaq.
Belçika həmin nəqliyyat vasitələrindən istifadə üzrə təlimlər keçmək üçün Ukraynaya 100 təlimçi də göndərəcək. Onlar ukraynalı hərbçilərə təlim keçəcək.
Məlumata görə, bu yük maşınları 1990-cı ildə istismara verilib.
Bundan başqa, Slovakiya hökuməti də Ukraynaya 13 “MiQ-29” qırıcının tədarükü haqqında qərarı təsdiqləyib. Bu barədə Baş nazir Eduard Xeqer tviter səhifəsində bildirib.