SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlBəhreynin iki vətəndaşı Səudiyyə Ərəbistanında edam olunub
29 May 2023 01:15 | Baxış sayı: 466
Bəhreynin iki vətəndaşı Səudiyyə Ərəbistanında edam olunub.
Bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bildirib.
Qeyd edilib ki, Cəfər Məhəmməd və Sadiq Məcid Bəhreyndə axtarışda olan şəxslərin başçılıq etdiyi terror qruplaşmasına qoşulmaqda ittiham olunublar.
Onlar həm də Səudiyyə Ərəbistanı və Bəhreynin təhlükəsizliyini təhdid etməkdə təqsirli biliniblər.
Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanında terrorçu qruplaşmalara qoşulmaqda və krallığın təhlükəsizliyini təhdid etmək ittiham olunan 4 nəfər edam edilib.