20 Aprel 2025
BƏƏ bankları Rusiya şirkətlərinə xidməti dayandırdı

BƏƏ bankları Rusiya şirkətlərinə xidməti dayandırdı

BƏƏ bankları Rusiya şirkətlərinə xidməti dayandırdı

19 Fevral 2024 09:23 | Baxış sayı: 594

Çin və Türkiyə banklarının ardınca Birləşmiş Ərəb Əmirliklərinin böyük bankları da Rusiyadan olan müştərilərlə işləmək üçün məhdudiyyətlər tətbiq etməyə başlayıblar.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti rusiyalı iş adamlarına, vergi və hüquq məsləhətçilərinə, həmçinin “Delovaya Rossiya”nın nümayəndələrinə istinadən yazır.

BƏƏ bankları Rusiyadan pul qəbulunu və rusiyalı müştərilərə ödəniş göndərməyi dayandırıb. Bundan əlavə, kredit təşkilatları sahibləri Rusiya vətəndaşı olan şirkətlərin hesablarını bağlayır.

İş adamlarının sözlərinə görə, BƏƏ bankları ilə bağlı problemlər ABŞ prezidenti Co Baydenin 2023-cü ilin dekabrında ikinci dərəcəli sanksiyalarla bağlı fərman verməsindən xeyli əvvəl başlayıb. Ruslar 2023-cü il ərzində çətinliklər yaşayıblar, lakin sentyabr ayından etibarən problemlər daha da böyüyüb. Hazırda Rusiya şirkətlərinin BƏƏ banklarında hesab açması demək olar ki, mümkün deyil. Musavat.com