SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlBazarda BU MƏHSULLAR hələ də BAHADIR - VİDEO
19 İyun 2023 06:59 | Baxış sayı: 523
Paytaxtın “8-ci kilometr” adlanan bazarında məhsul bolluğudur.
AJMEDİA.İNFO xəzərxəbər-ə istinadən xəbər verir ki, mövsümün əvəzedilməzi olan yemiş və qarpız bazarda boldur. Yemişin kiloqramı 1,3-1,6 manat arası dəyişir. Şaftalının qiyməti 1,5 manatdan başlayır. Ərik barədə isə, satıcılar deyirlər ki, ötən mövsümlə müqayisədə daha ucuzdur. Bundan başqa pomidor və xiyarın da qiymətində ucuzlaşma olduğunu deyirlər.
Beləliklə lobyanın qiyməti 2 manat, kabakın kiloqramı 60 qəpik, gül kələmi 2 manat, badımcan iki manata təklif olunur. Göyərtinin 5 ədədi 1 manat, yaşıl bibər 1,5 manatdır. Göbələk 4,0-4,5 manata satılır.
Kartof və soğana gəlincə, qiymət dəyişmir.
Alıcılar isə deyirlər ki, bu məhsul bol olsa da, qiymətlərdə artım var . Bir sözlə, alıcılar qiymətin baha, satıcılar isə ucuz olduğunu deyirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: