SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBayramov-Mirzoyan görüşü Bakının xahişi ilə təxirə salındı - KİV
08 İyun 2023 12:43 | Baxış sayı: 571
“Gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır”.
AJMEDİA.İNFO erməni KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Ani Badalyan məlumat verib.
“Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu Azərbaycan tərəfinin xahişi ilə təxirə salınır”, - Badalyan bildirib.
O qeyd edib ki, iclasın yeni tarixləri barədə ictimaiyyətə lazımi şəkildə məlumat veriləcək.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən açıqlama almaq mümkün olmayıb.
Qeyd edək ki, daha əvvəl iyunun 12-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə ABŞ-ın paytaxtı Vaşinqtonda müzakirələr başlayacağı bildirilirdi. yeniavaz.com