SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl"Bayer"in Bakı səfəri ilə bağlı AÇIQLAMA: "Yaxşı ki “Qarabağ”la..." - FOTO
06 Mart 2024 07:40 | Baxış sayı: 430
“Bizim yaxşı ki “Qarabağ”la təcrübəmiz var”.
AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri “Bayer” (Leverkuzen) idman direktoru Simon Rolfes deyib.
O bildirib ki, çətin olsa da Azərbaycan klubunu üstələmək lazımdır: “Səfər mütləq gərgin olacaq. Biz bunu artıq bir dəfə etmişik. Ağdam təmsilçisi ilə iki dəfə qrupda oynamışıq. Bu rəqibdir, onu qiymətləndirməmək olmaz”.