SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBayden Türkiyəyə “F-16” qırıcılarının satılacağına əmindir
13 İyul 2023 01:50 | Baxış sayı: 664
“ABŞ administrasiyası “F-16” qırıcılarının Türkiyəyə satışı ilə bağlı müqaviləni tamamlaya biləcək”.
Buna əminliyini ABŞ prezidenti Cozef Bayden Vilnüs Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Bundan əvvəl Ankara Vaşinqtondan 40 belə döyüş təyyarəsi istəyib. Lakin ABŞ qanunvericiləri “F-16”ların digər ölkələrə satışının qarşısını ala bilər.
Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Konqresin bəzi üzvləri Türkiyəyə bu cür tədarüklərin İsveçin NATO-ya qəbulu üçün lazım olan addımlarla əlaqələndirilməsini istəyiblər.