SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlBayden oğlunu ƏFV ETDİ
02 Dekabr 2024 10:17 | Baxış sayı: 279
ABŞ Prezidenti Co Bayden oğlu Hanteri əfv edib.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Baydenin bəyanatında deyilir: “Bu gün oğlum Hanter üçün əfv imzaladım. Vəzifəyə gəldiyim gündən Ədliyyə Departamentinin qərar qəbul etməsinə mane olmayacağımı dedim, oğlumun ədalətsiz şəkildə mühakimə olunmasını müşahidə etdiyim halda belə sözümü tutdum. Hanterə fərqli münasibət göstərildiyi aydındır. Onunla bağlı ittihamlar yalnız Konqresdəki bir neçə siyasi rəqibimin mənə hücum etməyə və seçilməyimə qarşı çıxmağa başladıqlarından sonra səsləndirildi”.
Qeyd edək ki, Hanter Bayden vergidən yayınma ilə bağlı ona qarşı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli bilinib.