SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlBayden ABŞ-nin Suriyadakı mövcudluğunu saxlayacaq
27 Mart 2023 06:32 | Baxış sayı: 3363
ABŞ Prezidenti Cozef Bayden amerikalı hərbçilərin Suriyada mövcudluğunu saxlamağı planlaşdırır.
Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.
“Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada bu qruplaşmaya qarşı vuruşan 1 000-ə qədər hərbçimiz var. Bu qruplaşma azalsa da, hələ də diridir”, - Kirbi CBS telekanalında deyib.
Bayden bu missiyanı yaşatmağın “tamamilə tərəfdarı” olduğunu vurğulayıb.
“Biz həmişə ordumuzu və obyektlərimizi qoruyacağıq”, - o əlavə edib.