SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlBaş nazirdən QƏRAR: Bu şəxslərə 20 min manat VERİLƏCƏK - CƏDVƏL
20 Yanvar 2024 11:35 | Baxış sayı: 1151
Olimpiya ilə yanaşı, paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılacaq.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında” Azərbaycan Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 57 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
Qərarla paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə də Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri mükafatlandırılanlar siyahısına əlavə olunub.
Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.
Qeyd edək ki, qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə keçirilən Dünya çempionatında azı 20 ölkə komandası və hər fərdi proqramda azı 12 ölkənin idmançısı, Avropa çempionatında isə azı 16 ölkə komandası və hər fərdi proqramda azı 10 ölkənin idmançısı iştirak etməlidir.
Mükafat məbləğlərinin cədvəlini təqdim edirik: