SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl"Barselona"da böhran - Bütün futbolçular SATIŞA ÇIXARILIR
20 Dekabr 2023 09:47 | Baxış sayı: 449
La Liqada istənilən mövqedə olmayan “Barselona” klubunda böhran yaşanır.
AJMEDİA.İNFO xəbər verir ki, “Barselona” iqisadi cəhətdən də çəkinlik çəkir. “Revelo”nun xəbərinə görə, “Barselona” Maliyyə Fair Play qaydaları üçün tələb olunan vəsaiti tapa bilməyib. Kataloniya nəhəngi hazırda yeni investor tapmaq üçün hərəkətə keçib. Danışıqlar aparılsa da, hələlik investorlar razılıq verməyib. İnvestorların tapılmaması "Barselona"nın oyunçularını satma ehtimalını artırır. Məlumata görə, ötən mövsüm Osmane Dembele, Antoine Qriezmann, Frank Kessie, Niko Gonzalez, Abde Ezzalzouli və Trinkaonun satışından təxminən 103 milyon avro əldə etsə də, balans üçün daha çox pula ehtiyacları var.
Bu səbəbdən bütün oyunçulara edilən təkliflərin dəyərləndiriləcəyi bildirilir. “Barselona” investor tapa bilməsə Robert Levandovski, Andreas Kristensen və Jül Kounde kimi futbolçuları sata bilər.