20 Aprel 2025
Bank kartlarından davam edən oğurluqlar...

Bank kartlarından davam edən oğurluqlar...

Bank kartlarından davam edən oğurluqlar...

31 Yanvar 2025 17:04 | Baxış sayı: 432

Bu cür cinayətlərin artması vətəndaşlar arasında ciddi narahatlığa səbəb olub

Ölkənin sistem əhəmiyyətli kredit-maliyyə qurumlarının müştərilərinin bank kartlarından pul vəsaitlərinin oğurlanması hallarına daha tez-tez rast gəlinir. Bu halı sosial şəbəkələrdə vətəndaşlardan daxil olan şikayətlər göstərir.

Əksər hallarda belə cinayətlərin üstü açılmır və itirilmiş pullar vətəndaşlara qaytarılmır – bunu zərərçəkmişlər iddia edirlər. Bank kartlarından pul necə və niyə yoxa çıxır?

Bu yaxınlarda belə hal müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin də başına gəlib. Bununla bağlı o, öz feysbuk hesabında məlumat verib. Yazı mətbuata açıq olduğundan olduğu kimi təqdim edirik:

“Unibank kartımdan 1000 azn-ə yaxın pul vəsayiti oğurlanıb. Oğurlayan tərəf vəsaiti Kapitalbank kartına və digər qismini Trendyola alış-veriş üçün köçürüb.

1. Banka yaxınlaşıb ərizə ilə müraciət etmişəm.
2. Polis məntəqəsinə gedib hadisə barədə ərizə yazmışam.

Pul kartımdan məndən xəbərsiz silinən məbləğlə bağlı bu günə kimi “Unibank”la dəfələrlə əlaqə saxlamışam, orada ödənişin məbləğini və şikayətin səbəbini göstərib və prosesin nə yerdə olduğunu söyləmişəm.
Nəticə isə hələki yoxdur.

Ehtiyatlı olun, əziz dostlar, hər cür dələduzluq növü ilə aldana bilərsiz. Təşəkkür edirəm”.