SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlBaltikyanı ölkələr etirazların yatırılmasına görə Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək
02 Dekabr 2024 13:56 | Baxış sayı: 335
Litvanın xarici işlər naziri Qabrielius Landsberqis hökumətin avrointeqrasiyadan imtinası ilə bağlı kütləvi etirazlar fonunda Litva, Latviya və Estoniya Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcəyini bildirib.
“Üç Baltikyanı ölkə Gürcüstanda qanuni etirazları yatıranlara qarşı sanksiyalar tətbiq etmək barədə birgə razılığa gəlib. Ölkələrimizdə demokratiyanın əleyhdarları və insan haqlarını pozanlar xoş qarşılanmır”, - Landsbergis sosial şəbəkədə yazıb.