SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlBalababa Rzayevə şiddətli töhmət verildi
05 Oktyabr 2024 14:57 | Baxış sayı: 406
“Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.
AJMEDİA.İNFO xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.