SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl“BakuBus” avtobusu qarda sürüşüb yolun kənarına düşdü - VİDEO
27 Fevral 2025 17:39 | Baxış sayı: 475
Bu gün saat 10:18 radələrində “BakuBus” MMC-nin balansındakı 508 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürüşərək yolun kənarına düşüb.
AJMEDİA.İNFO “Report”a istinadən xəbər verir ki, hadisə intensiv yağan qar səbəbindən nəqliyyat vasitəsi dayanacaqda hərəkətə başlayarkən baş verib.
Sürücünün verdiyi ilkin məlumata əsasən, avtobusda heç bir zədə yoxdur. Sərnişinlər həmin xətt üzrə hərəkət edən digər avtobusda səfərlərini davam etdirib.
Monitorinq Mərkəzinə hadisə barədə məlumat daxil olduqdan sonra nəqliyyat vasitəsi yolun kənarından çıxarılıb. Artıq onun fəaliyyəti bərpa edilib.