20 Aprel 2025
"Baku Bus" avtobusu Nardaran yolunda obyektə çırpıldı - VİDEO

"Baku Bus" avtobusu Nardaran yolunda obyektə çırpıldı - VİDEO

"Baku Bus" avtobusu Nardaran yolunda obyektə çırpıldı - VİDEO

31 Yanvar 2025 10:17 | Baxış sayı: 342

Maştağadan Nardaran istiqamətinə hərəkət edən "Baku Bus" MMC-yə məxsus marşrut avtobusu qəza törədib.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.


Qəza zamanı avtobus yol kənarındakı mağazaya çırpılıb.


Hadisə ilə bağlı "BakuBus" MMC-dən bildirilib ki, ötən gecə saat 23:20 radələrində "BakuBus" MMC-nin istismarında olan 189 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-926 dövlət qeydiyyat nişanlı avtobus Maştağa qəsəbəsi, Nizami küçəsində yol nəqliyyat hadisəsinə uğrayıb:


"Ilkin ehtimala görə nəqliyyat vasitəsini idarə edən sürücü Babayev Haşım ürək tutması ilə əlaqədar idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarında yerləşən marketə çırpılıb.Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb və dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Sərnişinlər arasında xəsarət alan olmayıb.Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır".(baku.ws)