SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlBakının məşhur restoranında toydan sonra KÜTLƏVİ DAVA OLDU
04 Noyabr 2024 12:01 | Baxış sayı: 319
Gecə saatlarında Bakının Xətai rayonu ərazisində yerləşən “Təbrik” restoranında toydan sonra kütləvi dava düşüb.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə toy iştirakçılarının bir-biri ilə əlbəyaxa olduğu öz əksini tapıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı qafqazinfo-ya bildirib ki, hadisə ilə bağlı ərazi üzrə polis şöbəsində araşdırma başladılıb, hadisə iştirakçıları müəyyən olunaraq izahatları alınıb.
Faktla bağlı araşdırma davam etdirilir.