SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlBakının bu rayonunda qaz KƏSİLƏCƏK - XƏBƏRDARLIQ!
01 Aprel 2024 06:55 | Baxış sayı: 448
Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində "Təmiz Qaz" QSC-nin aşkar etdiyi sızmaların ləğvi, eləcə də rayonun Əmircan qəsəbəsindəki Hasil Bayramov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə bu gün qaz təchizatının dayandırılması planlaşdırılır.
AJMEDİA.İNFO-ya bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu müddətdə Suraxanı rayonunun Atamoğlan Rzayev, Malik Mustafayev, Səttar Bəhlulzadə, Hasil Bayramov küçələrində qaz kəsiləcək.