SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlBakının bu rayonlarında QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ!
03 İyun 2024 06:27 | Baxış sayı: 420
Bu gün Sabunçu və Qaradağ rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Azəriqaz İstehsalat Birliyindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, bu gün saat 10:00-dan etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yeraltı qaz xəttinin tıxaclanması, Yeni Ramana qəsəbəsində və saat 11:00-dan Qaradağ rayonunun Ələt qəsəbəsində orta təzyiqli qaz xətlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Neftçilər, N.İsmayılov, Sülh küçələrinin, Ramana qəsəbəsinin Deputat, Tolstoy, Qarayev, Bünyatzadə küçələrinin və Qaradağ rayonunun Ələt qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.