SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBakının bu rayonlarına su fasilə ilə veriləcək - XƏBƏRDARLIQ
20 İyun 2023 12:40 | Baxış sayı: 561
Kür çayında bulanıqlığın artması ilə əlaqədar Azərbaycanda bəzi yaşayış məntəqələrinə içməli su məhdudiyyətlə veriləcək
Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.
"Abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik", - deyə agentlik bəyan edib.