SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlBakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ
07 May 2024 12:55 | Baxış sayı: 596
Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq.
AJMEDİA.İNFO xəbər verir ki, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək.
Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar.
Belə ki, İncəsənət Gimnaziyasından ibtidai siniflər növbəti təhsil mövsümünü 189 saylı, yuxarı sinif şagirdləri isə 190 saylı məktəbdə başlayacaq.
İbtidailər 1-ci növbə, yuxarı sinif şagirdləri isə 2-ci növbə oxuyacaqlar.
Gimnaziyada əsaslı təmirin 1 il ərzində yekunlaşacağı planlaşdırılır.
Qeyd edək ki, məktəbin təmirə bağlanacağı və şagirdləri 189, 190 saylı məktəbə köçürüləcəyi xəbərini də ilk olaraq BAKU.WS saytı vermişdir.