20 Aprel 2025
Bakının bu küçəsində hərəkət TAM DAYANDIRILIR - DİQQƏT!

Bakının bu küçəsində hərəkət TAM DAYANDIRILIR - DİQQƏT!

Bakının bu küçəsində hərəkət TAM DAYANDIRILIR - DİQQƏT!

27 Avqust 2024 07:42 | Baxış sayı: 306

Bu gündən etibarən Bakının daha bir küçəsində hərəkət məhdudlaşdırılacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə xəbərdarlıq edib.

Bildirilib ki, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində (Əsəd Əhmədov küçəsindən “Qələbə dairəsi” istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda deyilir.