SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlBakının bu küçələrindəki evlər sökülür - Sakinləri nə gözləyir? + VİDEO
30 May 2023 06:14 | Baxış sayı: 489
Bakının Yasamal rayonu ərazisində uçma təhlükəsi ilə üz-üzə olan ikimərtəbəli binaları yaxın vaxtlarda modern, göz oxşayan hündürmərtəbəli binalar əvəz edəcək.
AJMEDİA.İNFO xəbər verir ki, Söhbət Sübhi Salayev, Zivərbəy Əhmədbəyov, Cəlil Məmmədquluzadə, Fuad İbrahimbəyov, Əlibaba Abdullayev küçələrin kəsişməsində yerləşən 18-19 əsrə aid evlərdən gedir.
Artıq bir həftəyə yaxındır ki, həmin ünvanlarda yaşayanların ərazidən kirayə mənzillərə köçürülməsinə başlanılıb. Evlərini tərk edən vətəndaşlara çoxmərtəbəli binalarda öz evlərinin sahəsindən 20 kvadrat metr əlavə sahəsi olan mənzillər təklif olunur.
Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara kirayə pulu verilir.
Ətraflı Real TV-nin videomaterialında izləyə bilərsiniz: