20 Aprel 2025
Bakının BU ƏRAZİSİNDƏKİ 5 mərtəbələr SÖKÜLƏCƏK

Bakının BU ƏRAZİSİNDƏKİ 5 mərtəbələr SÖKÜLƏCƏK

Bakının BU ƏRAZİSİNDƏKİ 5 mərtəbələr SÖKÜLƏCƏK

17 Yanvar 2024 13:49 | Baxış sayı: 478

Zığda yerləşən köhnə həyət evləri və 5 mərtəbəli binalar sökülərək, yerində hündür mərtəbəli binalar tikiləcək.

AJMEDİA.İNFO Valyuta.az-a istinadən xəbər verir ki, buna səbəb yeni təqdim olunan Bakının Baş palanına əsasən Bakı bulvarının cənub istiqamətində uzadılmasıdır.

Yeni layihəyə əsasən, bulvarın keçdiyi ərazilərdə söküntü işləri aparılacaq. Bulvarın keçdiyi ətraf ərazilərdə isə müasir tələblərə cavab verən binalar tikiləcək.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən bulvar cənub istiqamətində uzadılacaq. Bu da uzunluğu təqribən 5,7 km olan 10,7 ha əlavə ictimai yaşıllığın təmin edilməsinə imkan verəcək.

Qeyd edək ki, Bakı bulvarının "Ağ şəhər"dən Zığa doğru uzadılması uzunluğu təqribən 8 km, sahəsi isə 247,8 ha olan əlavə bulvar sahəsinin yaradılmasına imkan verəcək.